1. Bir şeyi bilmək, bir şey haqqında məlumat almaq üçün birinə sualla müraciət etmək; sual etmək. □ Dərslərini soruşmaq. Yaşını soruşmaq. Xəstənin halını soruşmaq.
2. Fikrini bilmək istəmək, icazə istəmək. □ Soruş, sonra get.
3. Birini görmək, birilə görüşmək arzusunda olduğunu bildirmək. □ Kimsə sizi soruşurdu. Müdir səni soruşurdu.
4. Üzərinə məsuliyyət düşmək, bir şey haqqında qaneedici cavab tələb etmək. □ Bu işi səndən soruşacaqlar.
See also: