Anafora ilə epiforanın sintezindən ibarət təkrir növü.
Bu zaman, bir qayda olaraq, orta hissənin dəyişməsi şərti ilə başlanğıc və son hissələr təkrar olunur.
Dalıb xoş xəyala mən,
Zövq alıram o güldən,
Zövq alıram bu güldən. (X.R.Ulutürk)
S. epistrofanı xatırlatsa da, onun genişləndirilmiş variantıdır (təkrarıdır). Epistrofa yalnız bir sintaqma daxilində başlanğıc və son hissələrin təkrarıdır, S.-da isə iki və daha artıq sintaqmalar yanaşı gəlir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti