Reklam
Reklam

Tarix terminləri lüğəti

siklop tikililəri

Bərkidici məhlul (sement, gəc və s.) işlədilmədən nəhəng qaya parçalarından inşa edilmiş müdafiə və dini xarakterli tikililər.

Qədim yunanlar əfsanəvi nəhənglərə (sikloplara) aid edilən Egey mədəniyyətinə (e.ə. III–II minilliklər) aid tikililəri S.T. adlandırıblar. Dünyanın bir çox ölkələrində təsadüf olunan belə abidələrin bir qismi Eneolit dövrünə (e.ə. III minillik), əksər hissəsi isə Son Tunc və Erkən Dəmir dövrlərinə (e.ə. II minilliyin sonu – e.ə. I minilliyin başlanğıcı) aid edilir. Mikena və Tirinfin (Yunanıstan) müdafiə divarları, eləcə də Balear adaları və Maltadakı dini məbədlər ən möhtəşəm S.T. sayılır. Azərbaycanda da (Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Naxçıvan) xeyli sayda S.T. aşkarlanıb. Yerli əhali onları “qalaça”, “düzülü daş” və s. adlandırır.

Tarix terminləri lüğəti