Reklam
Reklam

Tarix terminləri lüğəti

sikkə

ər. – damğa, naxış

Metaldan hazırlanan pul nişanı.

S. müxtəlif metallardan – qızıldan, gümüşdən, misdən və mis ərintilərindən, yeni dövrdə isə – mis, nikel və alüminiumun ərintilərindən hazırlanır. Öncə metal pullar müxtəlif formalı (düzbucaq, oval və s.) külçə şəklində olub, bu isə onların tədavülünü çətinləşdirib. Tədricən S. tədavül üçün münasib dairəvi formaya salınıb. İlk S., demək olar, eyni vaxtda – Kiçik Asiyada yerləşən Lidiya dövlətində (e.ə. VIII–VII əsrlərin qovuşuğunda) və Qədim Yunanıstanın Egin adasında (e.ə. VII əsrdə) zərb olunub. Azərbaycan ərazisində ilk S.-lər e.ə. II əsrdə Midiya Atropatenasının paytaxtı Ekbatanda kəsilib.

Tarix terminləri lüğəti