lat. senator
1. Qədim Romada senatın üzvü; e.ə. I əsrin sonundan isə həmçinin ali silkin nümayəndəsi.
S. adı ömürlük verilib; imperiya dövründə irsən keçib, yaxud imperator tərəfindən bəxş edilib.
2. Müasir dövrdə bir sıra dövlətlərdə parlamentin yuxarı palatası olan senatın üzvü.
S.-lar parlamentin aşağı palatasının deputatları ilə eyni hüquqlara malik olurlar.
Tarix terminləri lüğəti