Reklam
Reklam

Tarix terminləri lüğəti

seçki hüququ

1. Dövlət başçısının, nümayəndəli orqanların və s.-nin seçilməsi qaydasını müəyyənləşdirən hüquq normaları məcmusu.

Bir qayda olaraq, S.H. konstitusiya ilə, habelə seçkilər haqqında xüsusi qanunlarla tənzimlənir. Namizədlərin irəli sürülməsi, nümayəndəlik normaları, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi qaydaları və s. həmin qanunlarda əksini tapır.

2. Vətəndaşların seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüquq.

Seçmək hüququ – aktiv S.H., seçilmək hüququ isə passiv S.H. adlanır.

See also:

Tarix terminləri lüğəti