Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

saplanmaq [saplammax] feil

1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq. □ Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər. (A.Şaiq).
2. Məcazi mənada: batmaq, sancılmaq. □ Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub qəlbimə saplanır. (H.Cavid). 
3. Məcazi mənada: dikilib qalmaq (göz, baxış haqqında). □ Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç birsöz demədi. (C.Cabbarlı).

Azərbaycan dilinin izahlı lüğəti