Qafqaz Albaniyasının şimal-qərbində, Uti əyalətində məskunlaşmış qədim tayfalar.
Bu tayfaların sakların nəslindən olduqları ehtimal edilir. Strabonun (I əsr) məlumatına görə, vaxtilə Baktriya və s. əraziləri işğal edən saklar Qafqaz Albaniyasında da məskən salıblar. Həmin ərazi sonralar Sakasena, burada yaşayan tayfalar isə S. adlandırılıb.
Tarix terminləri lüğəti