Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

süzmək [süzməx'] feil

1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. □ Məhlulu süzmək. Nefti süzmək. 
2. Suyunu çıxarmaq, sudan ayırmaq. □ Düyünü süzmək. Qatığı süzmək.
3. Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında). □ Nahardan sonra çayı Səkinə özü süzüb verdi. (Ə.Abasquliyev). 
4. Məcazi mənada: oynamaq, rəqs etmək. □ “Nazbarı” deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın. (Mir Cəlal).
5. Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək. □ Başdan-ayağa süzmək. 
6. Qanad çalmadan sakit-sakit, səssiz uçmaq. □ Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. (M.V.Vidadi).

See also:

frazeologizm: bircə daban süzmək Azərbaycan dilinin izahlı lüğəti