Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

süzülmək [süzülməx'] feil

1. Qatışıqdan, aşqardan və s.-dən təmizlənmək, süzgəcdən keçirilmək. □ Məhlul süzüldü. Su süzüldü. 
2. Axmaq, damcı-damcı tökülmək, sızmaq. □ Sarxan ... yanaqlarına süzülən iri yaş damlalarını sildi. (M.Hüseyn).
3. Sızıb keçmək. □ ...Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. (M.Hüseyn).
4. Yarıyuxulu kimi olmaq; xumarlanmaq, axmaq (göz haqqında). □ Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. (Q.Zakir). 
5. Üzülmək, ilmələri qaçmaq, seyrəkləşmək. □ Şalvarın dizləri süzülüb. Pencəyin qolları süzülmüşdür.

See also:

frazeologizm: suyu süzülə-süzülə Azərbaycan dilinin izahlı lüğəti