fr. les Enragès
Böyük Fransa inqilabının ifrat sol siyasi cərəyanının nümayəndələri – şəhər plebeylərinin ideoloqlarına (J.Ru, T.Leklerk, J.Varle və b.) verilmiş ad.
“Q.” kütləvi inqilabi terrorun və dövlətin sosial-iqtisadi münasibətlərə fəal müdaxiləsinin tərəfdarı olublar. Onlar bütün malların qiymətlərinin maksimum həddini müəyyənləşdirən qanunun qəbul edilməsini, alverə görə ölüm hökmünün tətbiqini, ölkədən qaçmış inqilab düşmənlərinin ailə üzvlərinin girov götürülməsini, keçmiş imtiyazlı təbəqə nümayəndələrinin hərbi və dövlət strukturlarından uzaqlaşdırılmasını və s. tələb ediblər. “Q.” jirondistlərə qarşı mübarizədə öncə yakobinçilərlə müttəfiq olublar, lakin 1793-cü ilin yazında jirondistlər devrildikdən sonra keçmiş müttəfiqlər arasında ziddiyyətlər kəskinləşib. 1793-cü ilin payızında “Q.”-ın rəhbərləri yakobinçilər tərəfindən həbs olunduqdan sonra onların fəaliyyəti iflic vəziyyətinə düşüb.
Tarix terminləri lüğəti