alm. grund – torpaq, özək
Torpağın, su hövzəsinin dibinin üst qatı.
Q.-lar tərkibinə, strukturuna və təbəqələşmə xarakterinə görə müxtəlif qruplara bölünür: bütöv kütlə, yaxud qat şəklində yerləşən daş süxurlu qayalıq Q.; çəkisinin yarıdan azını 2 mm-dən iri hissəciklər təşkil edən əlaqəsiz qırıntılardan ibarət iri qırıntılı Q.; çəkisinin yarıdan azını 2 mm-dən iri hissəciklər təşkil edən dənəvər və qeyri-plastik qumsal Q.; tərkibində 0,005 mm-dən kiçik, yastı formalı mineral hissəciklər və qum olan əlaqəli qırıntılardan ibarət gilli Q.; külli miqdarda tozvarı hissəcikləri olan löss Q. Q.-ların öyrənilməsi ərazidə tikinti və qazıntı işləri aparılmasının ilkin şərtlərindəndir.
See also:
Coğrafiya terminləri lüğəti