1. Dartaraq və ya çəkərək bir şeyin bir hissəsini ayırmaq, kəsmək, üzmək, qırmaq. □ Ağacın budağını qoparmaq.
2. Bütöv bir şeyi başqa bir şeylə vurmaqla və ya dartmaqla onun bir parçasını, bir hissəsini ayırmaq, sındırmaq, aralamaq. □ Qənddən bir tikə qopar.
3. Yapışmış şeyi yapışdığı yerdən dartıb ayırmaq, çəkib ayırmaq, aralamaq. □ Divarın kağızını, suvağını qoparmaq.
4. Kökündən çıxartmaq, yerindən oynatmaq. □ Külək ağacı yerindən qopardı.
5. Dartıb çıxarmaq.
6. Məcazi mənada: ayırmaq. □ Ayna gözlərini xalçadan qopardı. (Ə.Məmmədxanlı).
7. Birindən bir şeyi zorla, yaxud hiylə ilə almaq, ələ keçirmək, əldə etmək. □ O, deyəsən, yenə bir şey qoparmaq istəyir.
8. Mübarizə, inadla çalışmaq, əlləşmək, yaxud təhdid, icbar nəticəsində əldə etmək.
9. Dartaraq və ya çəkərək bir şeyin bir hissəsini ayırmaq, kəsmək, üzmək, qırmaq. □ Ağacın budağını qoparmaq.
See also: