1. Bax: kontinent.
2. Ölkə, məmləkət. □ Nə yaxşı ki, insan əli yetmir Günəşə; Yetə bilsə, min qitəyə parçalayacaq. (M.Araz).
3. Parça, hissə, qisim, cüz. □ Yeni əlifbanın iki qitədən ibarət olan surətini və habelə Tehran əmirlərindən birinə göndərdiyim məktubun surətini sizə göndərirəm. (M.F.Axundzadə).
Ədəbiyyatşünaslıq. Azı iki beytdən ibarət və birinci beyti sonrakılarla həmqafiyə olmayan kiçik şeir.
Azərbaycan dilinin izahlı lüğəti