Qədim Misir əhalisinin qalıqları olan qibtilərin dili.
Qədim Misir dilinin son inkişaf mərhələsini təşkil edən Q.D. sami-hami dillərinə aid edilir, yazısı isə II–III əsrlərdə yunan əlifbası əsasında yaradılmış qrafikaya əsaslanıb. XI–XII əsrlərdə ərəb dili onu sıxışdıraraq aradan çıxarıb. Hazırda Q.D.-ndən yalnız kilsədə istifadə edilir.
Tarix terminləri lüğəti