Reklam
Reklam

Tarix terminləri lüğəti

qiblə

ər. – tərəf, istiqamət, qarşıda olan bir şey

Müsəlmanların namaz qılarkən və müəyyən ayinləri yerinə yetirərkən üzlərini çevirdikləri istiqamət.

İslamın ilk dönəmlərində Q. Qüdsdəki əl-Əqsa məscidi olub. Məhəmməd peyğəmbərə Q.-nin dəyişməsi barədə ayə nazil olduqdan sonra Məkkədəki Kəbə Q. hesab edilib.

Tarix terminləri lüğəti