Sahiblik, yiyələnmə anlayışlarını bildirən ismin halı.
Bu halın morfoloji əlaməti -ın4 şəkilçisidir. Kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Yiyəlik hal müstəqil şəkildə ancaq ismi xəbər ola bilir; məs.: Kitab müəllimindir. Daha çox isə özündən sonra mənsubiyyət şəkilçili sözlə birlikdə söz birləşməsi şəklində bir cümlə üzvü olur. Yiyəlik hal iki növə bölünür: müəyyən yiyəlik hal, qeyri-müəyyənlik bildirən yiyəlik hal.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti