Qeyri-metal elementləri və ya onların birləşmələrini almaq üçün istifadə edilən bərk süxurlar, minerallar, tərkibində metal olmayan faydalı qazıntılar.
Q.-F.F.Q.-dan təbii halda, yaxud mexaniki, termik və kimyəvi emaldan sonra sənayedə, kənd təsərrüfatında, tikintidə, məişətdə qatqılar, odadavamlı materiallar, üzlük daşlar, gübrələr, bəzək əşyaları və bu kimi istifadə edilir. Bunlar təbii silikatlar, haloidlər, karbonatlar, sulfatlar, nitratlar, boratlar, fosfatlar və oksidlərdir. Neft, qaz, kömür kimi yanacaq növləri Q.-F.F.Q.-a aid edilmir. Azərbaycanda duz, gips, anhidrid, kükürd kolçedanı, dolomit, barit, müxtəlif gillər, qumlar, çınqıl və digər çökmə mənşəli qeyri-filiz sərvətləri var.
Coğrafiya terminləri lüğəti