Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qaz1 [qaz] isim

Zoologiya. Ördəyə bənzər, lakin ondan böyük, uzunboğaz, əti yeyilən su quşu. □ Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Atalar sözü).

qaz2 [qaz] isim fransız

1. Ayrı-ayrı hissəcikləri bir-biri ilə çox zəif bağlı olan və sərbəst surətdə hərəkət edib hər tərəfi qaplamağa qabil olan fiziki cisim, maddə. □ Təbii qaz. Boğucu qaz. 

2. Binaları qızdırmaq, işıqlandırmaq, yaxud mühərrik qüvvə kimi işlətmək və s. məqsədlər üçün istifadə edilən qaza və ya buğaoxşar maddələrin ümumi adı. □ Təbii qaz ən ucuz yanacaqdır.
3. Mədədən çıxan qazaoxşar ifraz.

qaz 3 [qaz] isim fransız

Yarımşəffaf ipək parça; bu parçadan tikilmiş və ya qayrılmış. □ Qaz örtü. Qaz şərf.

Həmçinin bax:

frazeologizm: qaz uçdu, qarğa qondu frazeologizm: qaz vurub qazan doldurmaq frazeologizm: qaz yerişi yerimək frazeologizm: qaza atdım, qoza dəydi frazeologizm: qazdan ayıq coğrafiya: qaz nəhəngləri coğrafiya: qaz planetləri coğrafiya: mədən qazı coğrafiya: səmt qazı coğrafiya: vulkan qazları Azərbaycan dilinin izahlı lüğəti