1. Qara olmaq; hisdən, günəşdən, yaxud başqa bir şeyin təsirindən rəngi qara olmaq, rəngi tündləşmək.
2. Qaranlıqlaşmaq, tutulmaq. □ Qışda hava tez qaralır.
3. Sönmək, keçmək; sönmək üzrə olmaq; soyumaq; qaranlıq çökmək, qaranlıq içərisində görünməz olmağa başlamaq, yaxud işıqları sönmək. □ Manqalda kömür qaraldı.
4. Görünmək. □ Sən bir nəfər ilə gedib sağdakı qaralan təpənin başında uzanıb yanlara baxarsan. (H.Nəzərli).
5. Məcazi mənada: pərtlikdən, acıqdan, hirsdən üzünün rəngi çevrilmək; tutulmaq, pozulmaq. □ Onun qorxudan rəngi qaraldı.
6. Tutulmaq, çətinləşmək; səsi qaralmaq; nəfəsi qaralmaq. □ İki mərtəbəni qalxınca qarının nəfəsi qaraldı.
7. Məcazi mənada: pisləşmək, xarablaşmaq, fənalaşmaq, əzablı, əziyyətli olmaq, məhrumiyyətlər və fəlakətlər başlamaq. □ Ağca xanımın ağ günləri də beləcə qaralmış, puç olub getmişdi.. (Mir Cəlal).
See also: