1. Qara rəng çəkmək, qara sürtmək, qara rənglə çirkləndirmək, qara rəngə batırmaq; cızma-qara etmək. □ Uşaqlar divarları kömür ilə qaralamışlar.
2. Əl ilə yazmaq; bir şeyin ilk mətnini, ilk layihəsini, planını yazmaq, qeyd etmək, eskizini çəkmək. □ Məqalənin mətnini qaraladım.
3. Yazılmış yazının üstündən qələm çəkmək, pozmaq. □ Siyahıda adını qaraladılar.
4. Məcazi mənada: ləkələmək, qara yaxmaq, üstünə böhtan atmaq, biabır etmək. □ Adamı qaralamaq yaxşı iş deyil. (S.Rəhimov).
5. İtirmək, qarışdırmaq, pozmaq; görünməz, nəzərə çarpmaz hala salmaq. □ İzini qaralamaq.
6. Bir şeyin yerini, bünövrəsini nişanlamaq. □ Burada toxumların yerini qaralamışıq.