Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qalxan

Platformanın çökmə süxur örtüyündən məhrum olan, qədim kristallik özülü səthə çıxmış geniş sahəsi.

Termin ilk dəfə 1885-ci ildə Avstriya geoloqu Eduard Züss tərəfindən işlədilib. Şimali Amerika platformasında Kanada, Şərqi Avropa platformasında Ukrayna və Baltik, Sibir platformasında Anabar və Aldan, Cənubi Amerika platformasında Braziliya və Qviana Q.-ları mövcuddur. Q.-larda filiz mənşəli faydalı qazıntılar çox olur.

Coğrafiya terminləri lüğəti