Reklam
Reklam

Tarix terminləri lüğəti

qərmətilik

Şiəlikismaililik təriqətinin qollarından biri.

«Qərmət» ləqəbli din xadimi Həmdən əl-Əşəsin adı ilə bağlı bu təlim IX əsrin sonunda Cənubi Mesopotamiyada meydana gəlib. Bir sıra bidətləri özündə ehtiva etdiyi üçün Q. islam dini çərçivəsindən kənara çıxıb, onun ehkamlarının dəyişdirilməsinə cəhd göstərib. Q. müqəddəslərin qəbirlərini ziyarət etməyi, Kəbə daşını öpməyi yasaqlayıb. Onun sosial idealı torpaq üzərində icma mülkiyyətinin bərpası və ümumi bərabərlik olub. 899-cu ildə Q. tərəfdarları Bəhreyni ələ keçirərək Şərqi Ərəbistanda XI əsrə kimi mövcud olmuş dövlət yaradıblar, lakin sünnilərlə aramsız müharibələrdə getdikcə zəifləyiblər və son nəticədə məğlubiyyətə uğrayıblar. XI əsrin sonu – XII əsrin əvvəlinədək ismaililik təriqətinin bu qolu tamamilə sıxışdırılaraq aradan çıxarılıb.

Tarix terminləri lüğəti