1. Tez-tez açılıb yumulmaq, açılıb örtülmək. □ Onun kiprikləri tez-tez qırpınırdı.
2. Məcazi mənada: tez-tez açılıb yumulmaq, açılıb örtülmək. □ Günəş qırpınanda açıldı hava; Dayandı ordular, durdu üz-üzə. (S.Vurğun).
3. Utanmaq, çəkilmək, sıxılmaq. □ Bu qədər söz deyildi, amma heç qırpınmadı.
4. Diksinmək, qımıldanmaq, yerindən tərpənmək. □ Qoca Alı atın qabaq ayaqlarının üylərini bərk sıxdı, at nə diksindi, nə də qırpındı. (“Koroğlu”).