Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qırılmaq [qırılmax] feil

1. Kəsilmək, kəsilib ayrılmaq, qopmaq, qopub düşmək. □ Düymə qırılıb düşdü.

2. Birdən kəsilmək, əlaqə kəsilmək. □ Əlaqə qırıldı.
3. Sınmaq, parçalanmaq, tikə-tikə olmaq. □ Saat düşüb qırıldı.
4. Məcazi mənada: incimək, sınmaq, xatirinə dəymək. □ Qəlbi qırılmaq.
5. Kütləvi surətdə tələf olmaq, məhv olmaq, ölmək. □ Soyuqdan qırılmaq.
6. Ağrımaq; sümüklərdə ağrı, sızı, əzginlik hiss etmək. □ Bədənim bütün qırılır.

See also:

frazeologizm: beli qırılmaq (sınmaq) frazeologizm: boynu qırılmış frazeologizm: Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli frazeologizm: hamısı qırılan qoşundandır frazeologizm: ipi qırılmaq frazeologizm: könlü qırılmaq frazeologizm: qanadı qırılmaq frazeologizm: qəlbi qırılmaq (sınmaq) frazeologizm: qırıla-qırıla qalmaq frazeologizm: qol-qanadı qırılmaq frazeologizm: ürəyi qırılıb ayağının altına düşmək frazeologizm: ürəyi qopmaq (qırılmaq) frazeologizm: ürəyinin sapı qırılmaq Azərbaycan dilinin izahlı lüğəti