Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qıncammağ1

Bakı

Gərnəşmək. □ Adam adam olan yerdə qıncammaz; Nə qıncanırsan belə?

qıncammağ2

Bakı, Şamaxı

məc. Naz etmək.  Yaman qıncanırsan a:, gənə no:lub belə? (Bakı); Qolunda var mərcanı, Əl vurmamış qıncanı (Şamaxı).

qıncammağ3

Yardımlı

Güc sərf etmək, gücə salmaq. □ Çox qıncamma, ürəg-göbəgün düşər.

Azərbaycan dilinin dialektoloji lüğəti