Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

poçt

lat. postis – çubuq, şüa

İnsanların bir-birinə xəbər yollamaq, bir-birindən mə­lumat almaq, yük göndərmək üçün tarixən istifadə etdikləri rabitə üsulu, xidməti və müəssisələri.

KİV yaranandan XX əsrin son rübünədək P. mediada interaktivliyi təmin etməyin başlıca, əksər hallarda ye­ganə üsulu olub. Qəzetlərdə, sonradan te­leviziyalarda «P.», «P.-umuzdan», «Musi­qili P.» və s. rubrikalar əhali arasında böyük populyarlıq qazanıb. «Redaksiyaya mək­tub» – jurnalistikada faktik olaraq əsas janr­lardan biri kimi nəzərdən keçirilməyə başlayıb. Kommunikasiya texnolo­giyala­rı­nın inkişafı ilə klassik mənada P. bu funk­siyasını itirməyə başlayıb və öz yerini elek­tron əlaqə formalarına verib.

See also:

Jurnalistika terminləri lüğəti