Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

plantasiya

lat. plantatio – bitki əkilməsi

İri əkinçilik təsərrüfatı.

P.-lar Asiya, Afrika və Latın Amerikası ölkələrində müstəmləkəçilik dövründə yaranmış, uzun müddət orada qul əməyindən istifadə edilmiş, lakin terminin dəqiq izahı olmamışdır. 1958-ci ildə Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi 110 saylı konvensiyaya görə: “P. muzdlu əməkdən istifadə edən, tropiksubtropik rayonlarda yerləşən, kommersiya məqsədilə qəhvə, çay, şəkər qamışı, kauçuk, banan, kakao, kokos qozu, pambıq, tütün, lif, sitrus bitkiləri, palma yağı, ananas, xinin qabığı becərən, yaxud istehsal edən istənilən kənd təsərrüfatı müəssisəsidir. Muzdlu əməkdən istifadə etməyən ailə təsərrüfatı və yerli istehlak üçün məhsul hazırlayan xırda təsərrüfat P. hesab olunmur”.

Coğrafiya terminləri lüğəti