Daim əsən passat küləklərinin təsiri altında Dünya okeanında yaranan səth cərəyanları.
Şimal və Cənub yarımkürələrinin tropik enliklərində müşahidə olunur. P.C. onları yaradan passat küləklərindən Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyillənir və ekvatora paralel – şərqdən qərbə doğru hərəkət edir. P.C.-nın sürəti 15-50 sm/saniyə olub ekvatora yaxınlaşdıqca artır, 100-150 sm/saniyəyə çatır. Onların hərəkətə gətirdiyi su kütləsinin qalınlığı 150-300 m-dir. P.C. okeanların şərqində nisbətən soyuqdur (18-20°C), qərbə getdikcə temperaturu artır (25-28°C).
Coğrafiya terminləri lüğəti