Lülə kanalındakı döyüş sursatını (gülləni, mərmini, minanı) hədəfə atmaq üçün partlayıcı maddənin kimyəvi parçalanma enerjisindən istifadə olunan silahlar.
O.S. döyüş sursatı və onu hədəfə atan vasitədən (tapança, tüfəng, top, minaatan, pulemyot və s.) ibarət olur. İlk O.S.-ın harada və nə vaxt yaradılması məsələsi mübahisəli olaraq qalır. Bəzi tədqiqatçılar onun X əsrdə çinlilər, digərləri isə XII əsrdə ərəblər tərəfindən ixtira edildiyini göstərirlər. Avropada O.S. XIV əsrdə peyda olub.
Tarix terminləri lüğəti