lat. numisma, yun. nomisma – sikkə
Sikkələrin zərbi, habelə sikkələr, pul külçələri və digər abidələr (məs.: sikkə möhürləri, sənədləri) əsasında pul dövriyyəsinin tarixini öyrənən köməkçi tarix fənni.
N. elm kimi XVI əsrdə meydana gəlib. N.-ya ənənəvi olaraq kağız pul nişanlarının (bonistika), medal və jetonların (medalyer sənəti), eləcə də orden və döş nişanlarının (faleristika) tarixini öyrənən sahələr də daxil edilir. Lakin N.-nı sikkələrdən kolleksiya toplanması kimi bir məşğuliyyət növü ilə eyniləşdirmək olmaz, çünki kolleksiyaçını yalnız sikkənin nadirliyi və bədii dəyəri, numizmatı isə onun elmi əhəmiyyəti maraqlandırır.
Tarix terminləri lüğəti