Reklam
Reklam

Tarix terminləri lüğəti

notabllar

fr. notables < lat. notabilis – mühüm, görkəmli

XIV–XVIII əsrlərdə Fransada xüsusi yığıncaqların – notabllar məclisinin (assemblée des notables) üzvləri.

Məclis kral tərəfindən dövlət işlərini, əsasən, maliyyə və inzibati məsələləri müzakirə etmək üçün çağırılıb. Baş Ştatların deputatlarından fərqli olaraq N. seçilməyib, onları zadəganlar, ruhanilər və şəhərlərin ali dairələrinin ən görkəmli nümayəndələri sırasından kral təyin edib. N. məclisləri qeyri-müntəzəm çağırılıb və məşvərətçi xarakter daşıyıb. Belə məclislər kral hakimiyyətinin əlində itaətkar və “sözəbaxan” qurumlar olub. N.-ın son məclisi 1788-ci ildə baş tutub.

Tarix terminləri lüğəti