Reklam
Reklam

Tarix terminləri lüğəti

Baş Ştatlar

fr. États Généraux – Baş Ştatlar

XIV–XVIII əsrlərdə Fransa və Niderlandda müxtəlif silk nümayəndələrinin ali orqanı.

Bu orqan Fransada ruhani, zadəgan və şəhər əhalisini təmsil edən deputatlardan təşkil olunub. B.Ş., adətən, vergi və maliyyə yardımı toplamağa deputatlardan razılıq almaq üçün kral tərəfindən çağırılıb (ilk dəfə 1302-ci ildə). Kral hakimiyyətinin maliyyə yardımına xüsusi ehtiyac duyduğu Yüzillik müharibə (1337–1453) dövründə B.Ş.-ın əhəmiyyəti xüsusilə artıb. Lakin mütləqiyyətin güclənməsi ilə əlaqədar 1614–1789-cu illərdə B.Ş., ümumiyyətlə, çağırılmayıb. Sonuncu dəfə o, siyasi böhranla əlaqədar, Böyük Fransa inqilabının başlanması ərəfəsində, 1789-cu il iyunun 17-də toplanıb. Müasir dövrdə Niderland krallığında parlament B.Ş. adlanır.

Tarix terminləri lüğəti