Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

naqqal1

Qazax, Quba, Naxçıvan, Salyan, Şərur

Çoxdanışan, uzunçu. □ Hasan çox naqqal adamdı (Qazax).

naqqal2

Cəlilabad, Saatlı, Sabirabad, Yardımlı

Lovğa, özünü öyən. □ Mənim naqqal adamnan xoşum gəlmir (Yardımlı).

naqqal3

Gədəbəy, Tovuz

Tərs, höcət. □ Məhəmmət yaman naqqaldı, onnan danışmağ olmor (Gədəbəy).

naqqal4

Ucar

Həddindən artıq xəsis. □ Səfər kişi çox naqqal adamdı.

Azərbaycan dilinin dialektoloji lüğəti