Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

monitor

lat. monitor – yada salan, nəza­rətçi

1. Kompüter və ya hər hansı digər elektron qurğuya qoşulan, informasiyanı əyani nümayiş etdirmək üçün bitkin cihaz.

M. elektron avadanlıqların vizual görüntünü təmin edən hissəsidir və ekrandan, qida blokundan, idarə mexanizmindən, ­korpusdan ibarətdir. O, kompüterdən, qur­ğudan ayrı qoyula, yaxud bilavasitə onların üzə­rində quraşdırıla bilər.

2. Təsvirin key­fiy­yətinə, kadrın quruluşuna vizual nəzarət etmək üçün televiziya studiyasında, rejissor pultunda quraşdırılan videonəzarət qurğusu.

3. Monitorinqi həyata keçirən şəxs.

M. hər hansı prosesi, məlumat ­top­­­­­lusunu araşdırır, ümumiləşdirir və ­qiy­­­­­mət­ləndirir. 

4. Proqramlaşdırmada və informatikada prosesləri tənzimləyən, yoxlayan, onlara nəzarət edən müxtəlif proqramlar.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti