Reklam
Reklam

Tarix terminləri lüğəti

massagetlər

yun. Massagètai

Qədim yunan mənbələrində Xəzər və Aral dənizləri sahillərində məskunlaşmış tayfa qruplarının ümumiləşdirici adı.

M.-i müxtəlif etnik qruplarla eyniləşdirən çoxsaylı fərziyyələr var. Bəzi tədqiqatçılar M. termininin Avestadakı “masuo” sözündən yarandığını və “balıq”, “balıqyeyən” anlamına gəldiyini göstərirlər. Digərlərinin fikrincə, termin “böyük getlər” mənasını verən “mazaget” sözündən yaranıb. Onun “böyük sak (skif) ordası” demək olduğunu iddia edənlər də var. Lakin fərziyyələrdən hər hansı birinin həqiqiliyi sübuta yetirilməyib. Ümumiyyətlə, bu və ya digər antik müəllifin M. dedikdə hansı tayfanı nəzərdə tutduğu aydın deyil. Herodot onların köçəri həyat tərzi sürdüyünü, Strabon isə Günəşə sitayiş etdiyini yazır. M.-in müxtəlif dillərdə danışdıqları və eramızın ilk əsrlərindən Qafqaz Albaniyasında yaşadıqları ehtimal olunur.

See also:

Tarix terminləri lüğəti