yun. marmoros – parlayan daş, daş qayması
Əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur.
Tərkibində kvars, xalsedon, hematit, pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Bərkliyinə, cilalanmasına və rənginin qəşəngliyinə görə M. antik dövrdən tikinti və memarlıq materialı kimi istifadə edilir.
Coğrafiya terminləri lüğəti