Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

litoral

lat. litoralis – sahil, sahilboyu

Dünya okeanının dibinin çəkilmə zamanı ən aşağı, qabarma zamanı ən yuxarı su səviyyələri arasında qalan hissəsi.

Bu sahilboyu zonanın dərinliyi 200 m-ə qədərdir. Böyük litoral zonalar iki hissəyə bölünür: eulitoral (ən yüksək qabarma səviyyəsindən 50 m dərinliyədək) və sublitoral (200 m dərinliyədək). Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, daşlı və qayalı L.-ı fərqləndirirlər. Bu zonada məskunlaşmış canlılar həm suda, həm də quruda qalmağa, temperatur fərqlərinə, işığın miqdarının kəskin dəyişməsinə uyğunlaşıblar.

See also:

Coğrafiya terminləri lüğəti