Ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən biri.
Bu xətt növü VII əsrdə İraqın Kufə şəhərində yarandığı üçün belə adlanır. Əsasən, düz və sınıq cizgilərdən ibarət olan K. X əsrədək Şərqdə, o cümlədən orta əsrlərdə Azərbaycanda geniş yayılıb. Lakin XI əsrdən K.-nin tətbiq sahəsi məhdudlaşdırılıb və ondan daha çox memarlıq abidələrinin üzərindəki kitabələrdə, Quranın üzünün köçürülməsində istifadə olunub.
Tarix terminləri lüğəti