Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kilkə1

Ağcabədi, Ağdam, Cəbrayıl, Göyçay, Kürdəmir, Ucar, Şuşa, Zəngilan

1. Yun daranarkən yerə tökülən və darağın dişləri dibinə yığılan hissə, keyfiyyətsiz hissəsi (Ağcabədi). □ Kilkə döşəx'cəyə qoyulur.

2. Daranmamış yun (Göyçay).  Yorğanın kilkəsin çox eliyin (Cəbrayıl).

3. məc. Daranmamış saç (Bakı, Şuşa).  Kilkələrini bir darasana, ay adama oxşamaz (Şuşa).

kilkə2

Bakı, Basarkeçər, Bərdə, Borçalı, Hamamlı, Xanlar, Oğuz, Tovuz

Çay puçalı.  Ay qız, o kilkəni at, çayniki yaxala, təzədən dəmlə (Hamamlı); Çayı içerix', sora kilkeyi aterıx (Borçalı); A:z, o kilkeyi tulla çölə (Tovuz); Çayni:n divindəki kilkəni apar töx' ağacın divinə (Basarkeçər).

kilkə3

Borçalı, Qazax, Mingəçevir

Çöküntü (suda, neftdə, ərinmiş yağda).  Daşa tökülör su, süzülor təmiz olor, kilkə qaler daşın içində (Borçalı).

kilkə4

Ağdərə, Qazax

1. Otun yumşaq hissəsi (Qazax).  Mal otun kilkəsini otdoyufi, elə çöfiləri qalıfi.

2. Yabanı ot (Ağdərə). □ Kilkə qiyağ otu kimi olur.

Azərbaycan dilinin dialektoloji lüğəti