Reklam
Reklam

Tarix terminləri lüğəti

karvansara

fars. karvan – səyahət edən, gəzən + saray – möhtəşəm bina, ev

Bir çox Şərq ölkələrində, o cümlədən Azərbaycanda əsas ticarət yollarının üzərində və ya şəhərlərdə karvanların dayanacaq yeri, mehmanxana tipli tikili.

Ticarət yollarındakı K.-lar, adətən, bir-birindən birgünlük məsafədə tikilib. Onların ilk dəfə e.ə. II–I minilliklərdə Assuriyada inşa olunduğu güman edilir. Ticarətin və şəhərlərin inkişafı ilə əlaqədar K.-lar IX–XVIII əsrlərdə xüsusilə geniş yayılıb. Burada istirahət otaqları, heyvanlar üçün tövlə və axurlar, yeməkxana, müxtəlif dükanlar (dərzi, sərrac, pinəçi və s.) olub. Dəmir yolları və digər müasir nəqliyyat növləri inkişaf etdikdən sonra K.-lar öz əhəmiyyətini itirib.

Tarix terminləri lüğəti