1. Musiqi. Simli musiqi alətlərinin səsini simləri tarımlaşdırmaq, ya boşaltmaq yolu ilə tələb olunan tona salmaq, simlərinin ahəngini bir-birinə uyğunlaşdırmaq. □ Sazı kökləmək. Tarı kökləmək.
2. Məcazi mənada: sazlamaq, düzəltmək, işə salmaq üçün hazırlamaq. □ Hüseynəli əmi çubuğunu dəmir milçə ilə qurdalayıb kökləyirdi. (M.S.Ordubadi).
Paltar biçildikdən sonra kəsilmiş hissələri iri tikişlə bir-birinə quraşdırıb tikmək. □ Paltarı kökləmək.
Azərbaycan dilinin izahlı lüğəti