Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

köçəl1

Cəbrayıl, Cəlilabad, İmişli, Kürdəmir, Mingəçevir, Salyan, Zəngəzur, Zəngilan

Xırmanda tamam döyülməyib əzilmiş halda qalan sünbül.  A:z, o köçəli qırağa tögginən ki, taxıla qarışmasın (Cəbrayıl); Bığdanı dö:rdüg, so:rırduğ, bığdasın yığırsan, qalan köçəli olır (Cəlilabad).

köçəl2

Salyan

Qarğıdalının dənləri çıxarıldıqdan sonra qalan hissəsi, qıçası. □ Köçəlin heyvana xeyri var, dəninin insana.

Azərbaycan dilinin dialektoloji lüğəti