Reklam
Reklam

Tarix terminləri lüğəti

jujanlar

Erkən orta əsrlərdə Qərbi Mancuriya, Monqolustan və Türküstan çöllərində məskunlaşmış köçəri tayfalar ittifaqı.

Tayfanın adı bir neçə variantda mövcuddur: juan-juanlar, joujanlar, jujular. J. etnonimi ilk dəfə III əsr Çin mənbələrində qeydə alınıb. Onların dövlətinin ən qüdrətli dövrü 402–411-ci illər hesab olunur. VI əsrin ortalarında J. türklərə məğlub olduqdan sonra bu dövlət Mərkəzi Asiyanın siyasi xəritəsindən silinib. J.-ın bir hissəsi türklər tərəfindən assimilyasiya olunub, digər hissəsi isə Qərbə doğru hərəkət edərək IX əsrədək Dunay çayının orta axarındakı ərazilərdə yaşayıb. Bu tayfaların etnik mənsubiyyət məsələsi mübahisəli olaraq qalır. Bəziləri J.-ı monqollar, digərləri isə hunlarla əlaqələndirir. Əksər tədqiqatçılar isə VI əsrin ortalarında Mərkəzi Asiyada yoxa çıxmış J.-la elə həmin dövrdə Avropada peyda olmuş avarları eyniləşdirirlər.

Tarix terminləri lüğəti