Günəşdən aldıqları enerjinin miqdarından asılı olaraq havanın qızma dərəcəsinə görə Yer səthinin bölündüyü qurşaqlar.
Bu qurşaqlar enli zolaq şəklində Yer kürəsini əhatə edir. Yeddi istilik qurşağı var. Onların sərhədləri izotermlərə əsasən müəyyən edilir. İsti qurşaqlar hər iki yarımkürənin +20°C izotermləri arasında yerləşən, yəni orta illik temperaturu +20°C-dən aşağı olmayan əraziləri əhatə edir. Mülayim qurşaqlar hər 2 yarımkürədə +20°C illik izotermlərlə +10°C aylıq izotermlər, yəni ilin ən isti ayında orta temperaturu +10°C olan ərazilərin sərhədini göstərən xətlər arasında qalan zolaqlardır. Ən isti ayın orta temperaturu +10°C-dən 0°C-dək olan və müvafiq izotermlər arasında yerləşən regionlar soyuq qurşaqlara aid edilir. İlin ən isti ayının temperaturunun 0°C olduğunu göstərən izotermlərdən qütblərə tərəf ərazilər isə daimi şaxta qurşaqlarını təşkil edir.
Coğrafiya terminləri lüğəti