Müəyyən ərazidə tarixən formalaşmış, ümumi mənşəyə, eləcə də ortaq irsi əlamətlərlə şərtlənən səciyyəvi zahiri xüsusiyyətlərə malik bioloji insan qrupları.
Belə zahiri xüsusiyyətlərə bədənin tük örtüyünün inkişaf dərəcəsi, dəri, saç və bəbəyin rəngi, habelə baş, burun, dodaq, göz qapağının forması, bədənin ölçüləri və s. aid edilir. İ.-i bir-birindən fərqləndirən cəhətlər on min illər ərzində insanın ətraf mühitə uyğunlaşması prosesində yaranıb. Onları antropologiyanın xüsusi sahəsi olan irqşünaslıq öyrənir. İ.-in vahid təsnifatı indiyə kimi yaradılmayıb. Müxtəlif antropoloji məktəblər 3-dən 7-dək böyük irqin və onlarla kiçik antropoloji tipin mövcud olduğunu göstərir. Ən geniş yayılmış mülahizəyə görə, insanlar üç böyük irqə bölünürlər: avropoid (Avropa-Asiya), neqroid (zənci-avstraloid) və monqoloid (Asiya-Amerika).
Həmçinin bax:
Tarix terminləri lüğəti