Əsas arealı Afrika qitəsi hesab olunan irq, Yer kürəsində üç ən böyük insan irqindən biri.
Dərinin tünd-qəhvəyi, saçın qara və qıvrım, göz bəbəyinin tünd rəngdə, burunun çox enli və bir qədər yastı, dodaqların qalın olması, üzün çənə hissəsinin qabağa çıxması (proqnatizm), tük örtüyünün üzdə və bədəndə zəif inkişafı N.-in ən xarakterik xüsusiyyətləri sayılır. Bu irq bir sıra kiçik irqlərə bölünür: Sudan (zənci), Cənubi Afrika (buşmen), Mərkəzi Afrika (piqmey) və Şərqi Afrika (efiop). Eyni zamanda XIX əsrdə yaranmış “neqroid” termini müasir cəmiyyətdə və elmi dairələrdə birmənalı qəbul olunmur. Məsələn, Oksford lüğətləri onu köhnəlmiş təsəvvürlərə uyğun, potensial cəhətdən təhqiramiz ifadə kimi qiymətləndirərək istifadəsindən çəkinməyi tövsiyə edir. Buna görə son vaxtlar bir çox mütəxəssislər neqroid və avstraloid tiplərini “ekvatorial irq” adı altında birləşdirirlər, lakin bu da elmdə müəyyən mübahisələr doğurur.
Həmçinin bax:
Tarix terminləri lüğəti