Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

intonasiya

lat. intono – ucadan tələffüz edirəm

Cümlənin başlıca əlamətlərindən olub onun qrammatik cəhətdən formalaşmasını təmin edən vasitələrdən biri.

İntonasiya nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vur­ğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), tempi (sü­rə­t­lə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güc­lənməsi və ya zəifləməsi), məntiqi vurğusu, pauzası və bu kimi hadisələrin məcmusuna  deyilir. Şifahi nitqdə intonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir. Məsələn, “Qoca ovçu paltarını geyindi” cümləsində pauzanın yerindən asılı olaraq “qoca” və “ovçu” sözlərinin cümlədəki sintaktik rolu dəyişə bilər. Bədii deklamasiya zamanı düzgün seçilmiş intonasiya mətnin ekspressivliyinə, onun dinləyici tərəfindən daha aydın və emosional qavranılmasına kömək edir. Mətndə təntənə, istehza, acıq, kədər ruhu məhz intonasiya vasitəsilə yaranır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti