Tipoloji (morfoloji) quruluşuna görə dünya dil qruplarından biri: söz kökünün sabit qaldığı, şəkilçilər vasitəsilə sözün leksik və qrammatik mənasının dəyişdiyi dillər.
Asiya, Afrika və Okeaniyanın bir çox dilləri iltisaqi dillərdir. Azərbaycan dili də türk dillərinin bir qolu kimi iltisaqi dillər qrupuna daxildir. Flektiv dillərdən fərqli olaraq iltisaqi dillərdə şəkilçilər sözün kökünü dəyişmir, söz kökü ilə şəkilçi arasında dəqiq sərhəd olur; məs.: kitab+ın, kitab+lar, kitab+xana. Bu dillərdə, bir qayda olaraq, əvvəl sözün kökü, sonra isə leksik və qrammatik şəkilçilər işlənir: kitab-çı-lar, yaz-ıl-ıb və s. Bir sıra alınma şəkilçilər istisna təşkil edir (naümid, bisavad).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti