Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

işləmək [işdəməx'] feil

1. İş görmək, bir işlə məşğul olmaq, çalışmaq, əməyini tətbiq etmək. □ Tarlada işləmək.
2. Bir yerdə xidmət etmək; bir vəzifə daşımaq, bir peşədə çalışmaq, ..vəzifəsini yerinə yetirmək. □ Mexanik işləmək.
3. Çalışaraq yaratmaq, hazırlamaq, mükəmməlləşdirmək, yaxud tədqiq etmək, yaradıcı əməklə məşğul olmaq (çox vaxt “üzərində” sözü ilə). □ Dissertasiya üzərində işləmək.
4. Bir şeyi islah etmək üçün üzərində düşünmək. □ Əsərin üzərində çox işləmək lazımdır.
5. Müntəzəm surətdə öyrətməklə, yetişdirməklə, tərbiyələndirməklə məşğul olmaq. □ Kadrlarla işləmək.
6. Hər hansı alət, cihaz, maşın və s. vasitəsilə iş görmək. □ Maşınla işləmək.
7. Bədən üzvlərinin fəaliyyəti haqqında. □ Nəbzi zəif işləyir.
8. Hərəkətdə olmaq, dayanmadan iş görmək (maşın və s. haqqında). □ Telefon işləyir.
9. Müəyyən istiqamət üzrə müntəzəm gedib-gəlmək. □ Bu küçədən avtobus işləyir.
10. Saat haqqında. □ Saat 3-ə işləyir.
11. Hər hansı bir material və s. vasitəsilə hərəkət etmək, hərəkətdə olmaq. □ Avtomobil benzinlə işləyir.
12. Açıq olmaq, fəaliyyətdə olmaq, xidmət göstərmək. □ Aptek bütün günü işləyir.
13. Prosesi davam etmək, uzanmaq (xəstəlik, yara və s. haqqında). □ Əlinin yarası işləyir.
14. Həkk etmək, qazımaq, yaxud naxış vurmaq, bəzək vurmaq. □ Xəncəri işlə, yolla; Üstün gümüşlə, yolla; Mənə beş alma göndər; Birini dişlə, yolla. (Bayatı).
15. Bir şeyin içərisinə keçmək, dərinləşmək. □ Güllə bədəninə xeyli işləyib..
16. Təsir etmək, keçmək, girmək, yerimək, nüfuz etmək (çox vaxt “iliyinə” sözü ilə). □ Soyuq adamın iliklərinə işləyir..
17. Məcazi mənada: təsiri olmaq, hökmü çatmaq, nüfuzu çatmaq. □ Sayalının kağız-baratsız, qolsuz, möhürsüz hökmü dəmir yolundan Kürün qırağına qədər işləyirdi. (Mir Cəlal).
18. Açılmaq, atılmaq. □ Lakin çıxar-çıxmaz bir-birinin ardınca iki güllə işlədi. (T.Ş.Simurq).
19. Məcazi mənada: təsvir etmək, izah etmək, göstərmək. □ Yazıçı əsərdəki surətləri diqqətlə işləmişdir..
20. Etmək, yol vermək, görmək. □ İşlədiyi ağır cinayətlərin dəhşətli xofundan təntiyən Ələmdar toqqasını açdı. (S.Rəhimov).
21. İşlək olmaq, gediş-gəlişli olmaq. □ Bu yollar işləməsin; Bəzirgan qışlamasın; Mən sevdim, sən apardın; Tanrı bağışlamasın. (Bayatı).

See also:

frazeologizm: barmağı olmaq (işləmək) frazeologizm: başı işləmək frazeologizm: başı qarpıza işləmək frazeologizm: canına işləmək frazeologizm: çənəsi işləmək frazeologizm: dərinə işləmək frazeologizm: əldə-ayaqda işləmək frazeologizm: əli işləmək frazeologizm: göz işlədikcə frazeologizm: içinə işləmək frazeologizm: iliyinə işləmək frazeologizm: qanına işləmək frazeologizm: qarnı açılmaq (işləmək, pozulmaq) frazeologizm: öz üzərində işləmək (çalışmaq) frazeologizm: sümüyünə qədər işləmək frazeologizm: şəltəsi işləməmək frazeologizm: ürəyə işləmək jurnalistika: dövlət sirri ilə işləməyə buraxılma jurnalistika: zibil zənbilinə işləmək Azərbaycan dilinin izahlı lüğəti